Geri

FHN-in karate komandası yeni uğurlar qazanmaqda davam edir

22-24 noyabr 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 20-ci Respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib. 36 komandadan 550-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin karate komandasının idmançıları da iştirak edib.

FHN-in komandası Respublika çempionatında İdman-sağlamlıq mərkəzinin məşqçi-müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komadanın üzvləri Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Rövşən Əliyev kişilərin şəxsi kata yarışında gümüş, İlyas Nağıyev və Tural Ələkbərli kişilərin şəxsi kumite yarışında 67 kq çəki dərəcələrində isə bürünc medala layiq görülüblər.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançısı Dünya kubokunda mükafat qazanıb

22-23 fevral 2020-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində Cüdo üzrə böyüklər arasında Dünya kuboku keçirilib. 14 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idmançısı Rövşən Səfərov Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 90 kq çəki......

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu

FHN-nin "Xilasedici" voleybol komandası turnirdə 4-cü qələbəsini qazanıb

8 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin idman arenasında Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişilər arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının növbəti turunun oyunu keçirilib. Oyunda "Xilasedici" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.  “Xilasedici” rəqibini asanlıqla məğlub edərək 3-0 (25:16, 25:17, 25:10) hesabı ilə......

Ardını oxu