Geri

FHN-in karate komandasının üzvləri Beynəlxalq turnirdə mükafat qazanıb

9-10 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Kyoukşin Karate üzrə Beynəlxalq turnir keçirilib. 300-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin komandası məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər.

Yeniyetmələr arasında komandanın üzvləri Cavad Yusifov 65 kq çəki dərəcəsində, Rüfət Hacıyev +55 kq çəki dərəcəsində  bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Xədicə Vəkilova +35 kq çəki dərəcəsində, Cəmil Kazımlı +40 kq çəki dərəcəsində, İlkin Səmədov +40 kq çəki dərəcəsində, Elşən Şəhriyarov +45 kq çəki dərəcəsində yarışın gümüş, Toğrul Nurətdinov +50 kq çəki dərəcəsində, Vüqar Sayadov +50 kq çəki dərəcəsində, Asim Əliyev 60 kq çəki dərəcəsində yarışın bürünc medalına layiq görülüblər.

Digər məlumatlar

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

4-8 dekabr 2019-cu il tarixlərində Rusiyanın paytaxtı Moskvada WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları növbəti uğura imza atıblar

22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb. ...

Ardını oxu

FHN-in karate komandası yeni uğurlar qazanmaqda davam edir

22-24 noyabr 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 20-ci Respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilib. 36 komandadan 550-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin karate komandasının idmançıları......

Ardını oxu