Geri

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı beynəlxalq turnirdə mükafat qazanıb

19 oktyabr 2019-cu il tarixində Sloveniyanın Qradeç şəhərində Cüdo üzrə “Karoşka” açıq beynəlxalq turniri keçirilib. 23 ölkədən 520-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idmançısı Nigar Şahməmmədova Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançını qəbul edərək onu qazandığı nailiyyətə görə təbrik edib, gələcək yarşlarda müvəffəqiytlər arzulayıb.

Digər məlumatlar

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər

19 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu