Geri

FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirilib

21-25 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.

Çempionatın oyunları Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq mərkəzinin idman arenasında baş tutub. Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Muhafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının  komandası layiq görülüb.

Yarışın tamaşaçıları sırasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov və bir sıra fəxri qonaqlar olub.

FHN-nin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev çıxış edərək komandaları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.

Digər məlumatlar

FHN-in taekvondo komandasının idmançıları yeni uğurlar qazanmaqda davam edir

23-28 dekabr 2019-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Azərbaycan Taekvondo Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə, gənc və böyüklər arasında 30-cu Azərbaycan çempionatı  keçirilib. 75 komandadan 750-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin taekvondo komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu

FHN İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayev Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunub

22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionu Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüb. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

17-19 dekabr 2019-ci il tarixlərində Respublika Olimpiya İdman liseyində Azərbaycan Boks Federasiyasının və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında Bakı açıq birinciliyi keçirilib. 15 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin boks komandasının idmançıları da iştirak edib. ...

Ardını oxu