Geri

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlar qazanmaqda davam edir

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya Ümidləri” adlı Karate üzrə beynəlxalq turniri keçirilib. 67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun idmançıları da qatılıblar.

FHN-in komandası beynəlxalq turnirdə İdman - Sağlamlıq Mərkəzinin məşqçi- müəllimi Coşqun Sadıqovun  rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Hüseynli Altay 10-11 yaşlı idmançılar arasında, 40 kq çəki dərəcəsində 5 döyüş, Fəttahlı Seyidəli 9 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əzizov Hüseyn 8 yaşlı idmançılar arasında, 23 kq çəki dərəcəsində 4 döyüş, Əhmədova Nərmin 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Əliyev Zamiq 7 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əliyev Əli 10 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 4 döyüş, Bayramova Məryəm 10 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək  gümüş medal qazanıblar. Səfərov Əli 10-11 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 4 döyüş, Salayev Arif 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medalla kifayətləniblər.

Digər məlumatlar

FHN-in əməkdaşı Azərbaycan Kubokunun qalibi olub

19-22 sentyabr 2019-cu il tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə dünya çempionatına seçmə xarakterli Pauerliftinq idman növü üzrə Azərbaycan Kuboku yarışı keçirilib....

Ardını oxu

FHN-in İdman-Sağlamlıq Mərkəzinin idmançıları turnirdə mükafat qazanıblar

21-22 sentyabr 2019-ci il tarixlərində Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kyokuşin Karate Federasiyasının “Açıq Bakı turniri” keçirilib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu