Yüngül atletikanın üç məsafəsinə (distansiya) qaçış üzrə (60 m, 100 m, 200 m) Azərbaycan rekordçusu Həsənova Zəkiyyə Hüseyn qızı Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubuna üzv qəbul edilib.
25 may 2019-ci il tarixlərində Bakı İdman Sarayında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Ashihara Karate Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arası növbəti respublika çempionatı keçirilib.