Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Masallı “ASAN xidmət” mərkəzində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri-praktiki tədbir keçirilib.

Tədbirə FHN-in aidiyyəti qurumlarının, Masallı Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Masallı rayon Polis Şöbəsinin və  Masallı “ASAN xidmət” mərkəzinin qüvvə və vasitələri cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir zamanı iştirakçılara yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan xilasetmə avadanlıqlarından və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.

Praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə olmaqla işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu