saat 09:00-dək olan məlumat
21 fevral 2014-cü il

Gədəbəy rayonu, Aytala kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Zəhmətkənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və həyatyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bərdə rayonu, Şirvanlı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 52 kv.m sahəhə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümümi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 7-ci mərtəbəyə qaldırmış qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:13-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 14 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.