Fəaliyyət istiqamətləri

Öz səlahiyyətləri daxilində əhatə etdiyi ərazidə mülki müdafiə işinin təşkili, əhalinin və ərazinin fövqəladə hallardan qorunmasında iştirak edir;

Əhatə etdiyi ərazidə istismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin monitorinqini həyata keçirir, qəza təhlükəli binaların  istismarının məhdudlaşdırılması barədə aidiyyatı qurumlara təkliflər verir;

Əhatə etdiyi ərazidə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında  öz səlahiyyətləri daxilində iştirak edir;

Əhatə etdiyi ərazidə üçüncü məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin bütün mərhələlərində monitorinqi həyata keçirir;

Mərkəzin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

Fövqəladə halların yaranma ehtimalı olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan  strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini digər qurumlarla əlaqəli şəkildə təşkil edilməsinə və həyata keçirilməsində iştirak edir;

Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir;