
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Məlumatlar
Gündəlik xronika
Hamısına bax
05 may 2026-cı il saat 09:00-dək:
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri və Abşeron rayonunda bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

04 may 2026-cı il saat 01:55-dək:
Ağcabədi rayonunun Arazbar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb

03 may 2026-cı il saat 17:45-dək:
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının yanar konsturksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 may 2026-cı il saat 18:00-dək:
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 170 m² olan boya sexində qurutma sobası və havalandırma boruları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

02 may 2026-cı il saat 17:00-dək:
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gilançay çayının Ordubad rayonun Baş Dizə kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tədbirlər
Hamısına baxMultimedia
Hamısına baxSubscribe
Join out newsletter to stay up to date features and releases


























