Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 iyun 2020-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

02 iyun 2020-ci il saat 05:50-dək:

İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşən Süleymanov Orxan Oruc oğlunun axtarışları başa çatıb...

02 iyun 2020-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 01 iyun 2020-ci il tarixində axşam saatlarında İsmayıllı rayonunun Tircan kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Süleymanov Orxan Oruc oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub.

01 iyun 2020-ci il saat 22:00-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonunda “УАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

01 iyun 2020-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonunun Əsədli kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına yığılan 8 ton ot bağlamasının 3 tonu və bitişik, ümumi sahəsi 160 m² olan talvarın taxta atmaları 50 m² sahədə yanıb.

01 iyun 2020-ci il saat 18:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Güləzi kəndində iribuynuzlu heyvanın dərinliyi 2 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

01 iyun 2020-ci il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

01 iyun 2020-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Yevlax şəhərində ümumi sahəsi 96 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

01 iyun 2020-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində, ferma ərazisində 60 ton ot bağlamasının 30 tonu yanıb.

01 iyun 2020-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunun Aşağı Qəsil kəndində iribuynuzlu heyvanın su kanalına düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr