Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 iyul 2020-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

14 iyul 2020-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonunun Yenikənd kəndində həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 5 tonu yanıb.

14 iyul 2020-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonunun Xudat şəhərində 2 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

14 iyul 2020-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 6 m² olan konteynerin yanar konstruksiyaları yanıb.

14 iyul 2020-ci il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

14 iyul 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub...

14 iyul 2020-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 25 m² olan taxtadan ibarət kafenin yanar konstruksiyaları 10 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

13 iyul 2020-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac yanıb...

13 iyul 2020-ci il saat 22:00-dək:

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Şəmkir rayonunun Yuxarı Seyfəli və Abbaslı kəndlərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub...

13 iyul 2020-ci il saat 21:45-dək, ilkin məlumata əsasən:

Oğuz rayonunun Sincan kəndində ümumi sahəsi 72 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 1,7 ton ot bağlaması yanıb...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr