Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

22 noyabr 2019-cu il saat 20:30-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb. 

22 noyabr 2019-cu il saat 17:15-dək, ilkin məlumata əsasən:

Hacıqabul rayonunun Talış kəndində ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət nasosxana 30 m² sahədə və 4 p.m elektrik kabeli yanıb.

22 noyabr 2019-cu il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində sursat aşkar olunması barədə məlumat daxil olub.

22 noyabr 2019-cu il saat 14:00-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonunun Böyük Kəngərli kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

22 noyabr 2019-cu il saat 08:45-dək:

Şamaxı rayonunun Çarhan kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 80 m² sahədə yanıb.

22 noyabr 2019-cu il saat 08:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Mercedes” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

22 noyabr 2019-cu il saat 08:00-dək:

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 160 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 400 kiloqram xurmanın 300 kiloqramı yanıb....

21 noyabr 2019-cu il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub.

21 noyabr 2019-cu il saat 18:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1500 m² olan dəmir konstruksiyadan ibarət anbarın içərisinə yığılan taxta və rezin tullantıları 20 m² sahədə yanıb.

21 noyabr 2019-cu il saat 15:15-dək:

Ucar rayonunun Qaracallı kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr