Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 yanvar 2016-cı il saat 19:15-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 43 kv.m sahədə yanmışdır.

14 yanvar 2016-cı il saat 17:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, İlisu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 4 otaqlı mansard tipli kotecin 2 otağının tavanı və mansardının döşəməsi 50 kv.m sahədə yanmışdır.

14 yanvar 2016-cı il saat 16:30-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Pirili kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus 30 ton ot bağlamasının 14 tonu yanmışdır.

14 yanvar 2016-cı il saat 15:45-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 89 kv.m olan 3 otaqlı mənzilin sahəsi 5 kv.m olan eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kv.m sahədə ev əşyaları yanmışdır.

14 yanvar 2016-cı il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

14 yanvar 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur.

14 yanvar 2016-cı il saat 03:35-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Məzrəli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları 16 kv.m sahədə

13 yanvar 2016-cı il saat 23:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

13 yanvar 2016-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

13 yanvar 2016-cı il saat 20:10-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr