Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 fevral 2016-cı il saat 19:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Məmişlər kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus 60 ton ot bağlamasının 5 tonu yanmışdır.

15 fevral 2016-cı il saat 19:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

15 fevral 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Qazqulu kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır.

15 fevral 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində elektrik sayğacı yanmışdır.

15 fevral 2016-cı il saat 12:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur.

15 fevral 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur.

15 fevral 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur

15 fevral 2016-cı il saat 03:20-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Ərəş kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış

14 fevral 2016-cı il saat 22:25-dək, ilkin məlumata əsasən:

Mingəçevir şəhərində vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

14 fevral 2016-cı il saat 19:50-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Göyəm  kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr