Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 yanvar 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, saat 17:25 radələrində Dənizkənarı Milli Parkda intihar etmək məqsədi ilə özünü dənizə atmış 1 nəfərin cəsədi xilasedicilər tərəfindən, batdığı yerdən tapılaraq saat 17:36-da sudan çıxarılmış və aidiyyəti üzrə təhvil...

01 yanvar 2015-ci il saat 17:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 16:52-də başa çatmışdır.

01 yanvar 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmış...

01 yanvar 2015-ci il saat 09:30-dək:

İsmayıllı rayonu, Qalınçaq kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

01 yanvar 2015-ci il saat 05:00-dək:

İsmayıllı rayonu, Kəlbənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan talvarın yanar konstruksiyaları 10 kv.m sahədə və altına yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır.

01 yanvar 2015-ci il saat 01:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr