Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

08 iyun 2015-ci il saat 07:30 dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları 120 kv.m və damına yığılmış 16 ton ot bağlaması yanmışdır.

08 iyun 2015-ci il saat 07:00dək:

Bakı şəhəri, Nərimanov rayonunda 400 kv.m sahədə məişət tullantıları yanmışdır. Ərazidəki tikililər yanğından mühafizə olunmuşdur.

08 iyun 2015-ci il saat 03:45-dək:

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin tavanı 4 kv.m sahədə yanmışdır.

08 iyun 2015-ci il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Daşkəsən rayonunda 1 nəfər azyaşlının əli ətçəkən məişət avadanlığında qalmışdır...

07 iyun 2015-ci il saat 22:30-dək:

Ağdam şəhərində bələdiyyəsinə məxsus 100 ha kol-kos yanmışdır. Yaxınlıqdakı taxıl sahəsi yanğından mühafizə olunmuşdur.

07 iyun 2015-ci il saat 21:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

07 iyun 2015-ci il saat 21:00-dək:

İmişli rayonu, Mərzəli kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyü 30 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 3 tonu yanmışdır.

07 iyun 2015-ci il saat 20:30-dək:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 81 kv.m sahədə yanmışdır.

07 iyun 2015-ci il saat 19:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda 4 ha quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

07 iyun 2015-ci il saat 17:30-dək:

Bakı şəhəri, Yasamal rayonunda 2 ha kol-kos və quru ot yanmışdır. Ərazidəki avtomobillər yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr