Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 oktyabr 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanmışdır.

30 oktyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Mirzəbəyli kəndində avtomobil yoluna  ağac aşmış və nəticədə yolda nəqliyyatın hərəkəti dayanmışdır...

30 oktyabr 2015-ci il saat 08:55-dək, ilkin məlumata əsasən:

Ağdam rayonu, Dörd yol-1 qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanmışdır. 

30 oktyabr 2015-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Kalinovka kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin  tavanı 16 kv.m sahədə və tikilidə olan təndirxananın içərisinə yığılmış odun parçaları yanmışdır...

30 oktyabr 2015-ci il saat 02:50-dək, ilkin məlumata əsasən:

Ağstafa rayonu, Qaçaq Kərəm kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanmışdır.

30 oktyabr 2015-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Əliləmbəyli kəndində vətəndaşa məxsus talvarın altına yığılmış 35 ton ot tayasının 7 tonu yanmışdır. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunmuşdur.

29 oktyabr 2015-ci il saat 23:25-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

29 oktyabr 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

29 oktyabr 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Çərtəyəz kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır...

29 oktyabr 2015-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr