Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

19 dekabr 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və...

19 dekabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Əyricə kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

18 dekabr 2015-ci il saat 22:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

18 dekabr 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Uğurbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 90 kv.m olan talvarın altına yığılmış 9 ton pambıq tullantılarının 1 tonu yanmışdır. Pambıq tullantılarının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur...

18 dekabr 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını...

18 dekabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin tikilməkdə olan binanın 5-ci mərtəbəsinin eyvana intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb...

18 dekabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi...

18 dekabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Astara şəhərində mənzildə 5 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

18 dekabr 2015-ci il saat 09:15-dək, ilkin məlumata əsasən:

Salyan şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan 3 otaqlı mənzilin bir otağında ev əşyaları və divar kağızı 3 kv.m sahədə yanmışdır.

18 dekabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Jeep" markalı minik avtomobilinin qabaq oturacaqları, idarəetmə lövhəsi və salonun üzlüyü qismən yanmış, yüksək temperaturdan qabaq şüşə çatlamışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr