Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 noyabr 2014-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bir nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

01 noyabr 2014-cü il saat 17:30-dək:

Sabirabad rayonu, Zəngənə kəndində vətəndaşa məxsus həyətyanı sahəyə  yığılmış 18 ton ot bağlamasının 5 tonu  yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından  mühafizə olunmuşdur.

01 noyabr 2014-cü il saat 12:10-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 oktyabr 2014-cü il tarixində Bakı şəhər, Qaradağ rayonu ərazisində, N.Nərimanov adına NQÇİ-nin 441 saylı neft yatağında baş vermiş qəza nəticəsində batmış 1961-ci il təvəllüdlü Hüseynov Əbilhəsən İslam oğlunun...

01 noyabr 2014-cü il saat 09:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus “PAZ” markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. 

01 noyabr 2014-cü il saat 04:25-dək

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Quzanlı qəsəbəsində 2 minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr