Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

10 iyun 2014-cü il saat 20:30-dək:

Qax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanmışdır.

10 iyun 2014-cü il saat 17:45-dək:

Bakı şəhəri Xəzər rayonunda 1 nəfər dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 1400 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. 

10 iyun 2014-cü il saat 17:20-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "AUDİ" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğın hadisəsi baş vermişdir. 

10 iyun 2014-cü il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1994-сü il təvəllüdlü Elvin Rəhman oğlu Əbdülrəhmanov Samur-Dəvəçi kanalının Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 25 km məsafədə, nəzarət olunmayan ərazidə) batmışdır. 

10 iyun 2014-cü il saat 14:30-dək:

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 10 otaqlı evin mətbəxində 1 ədəd məişət qaz balonu və 1 ədəd stol qismən yanmışdır. 

10 iyun 2014-cü il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1990-сı il təvəllüdlü Bəxtiyar Fazil oğlu Sevdimalıyev Mil-Muğan kollektorunun Salyan rayonu, Qızılağac kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 35 km məsafədə, nəzarət olunmayan ərazidə) batmışdır.

10 iyun 2014-cü il saat 11:00-dək:

Beyləqan rayonu, Mayak kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanmışdır. 

09 iyun 2014-cü il saat 23:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Siyavar kəndində “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz trubasına çırpılmışdır... 

09 iyun 2014-cü il saat 22:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır.

09 iyun 2014-cü il saat 21:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdə 1 nəfər batmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr