Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

04 yanvar 2013-cü il saat 11:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına...

04 yanvar 2013-cü il saat 10:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Kamaz” markalı yük avtomobili körpüdən aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanaraq avtomobildə...

04 yanvar 2013-cü il saat 00:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan çörəkbişirmə sexinin içərisində 3 kv.m sahədə un məmulatları yanmışdır...

03 yanvar 2013-cü il saat 18:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Qayıdış qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

03 yanvar 2013-cü il saat 09:00-dək, ilkin məlumata əsasən:

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan mebel təmir sexində fəhlələrin soyunub-geyinmə otağının arakəsmə divarı 6 kv.m sahədə və 1 ədəd divan yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür

02 yanvar 2013-cü il saat 21:25-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.

02 yanvar 2013-cü il saat 19:15-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Ağalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otaq və aynabəndinin yanar konstryksiyaları 70 kv.m sahədə yanmışdır.

02 yanvar 2013-cü il saat 15:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Səbail rayonunda vətəndaş azyaşlı övladının mənzilin qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında qalması səbəbindən narahat olmuş və kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət etmişdir.

02 yanvar 2013-cü il saat 08:30-dək:

Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

01 yanvar 2013-cü il saat 23:45-dək:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr