Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 yanvar 2013-cü il saat 18:00-dək:

Masallı rayonu, Qasımlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 275 kv.m olan tövlənin dam örtüyünün yanar konstuksiyaları 97 kv.m sahədə və damına yığılmış 500 kq ot bağlaması yanmışdır...

06 yanvar 2013-cü il saat 14:45-dək:

Ağdam rayonu, Qaradağlı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus umümi sahəsi 90 kv.m olan talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanmışdır...

06 yanvar 2013-cü il saat 08:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda (Bakı-Şamaxı magistral avtomobil yolunun 26-cı kilometrliyi) “VAZ” və “Mercedess” markalı iki minik avtomobili toqquşmuşdur.

05 yanvar 2013-cü il saat 23:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Ağalı kəndidnə (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

05 yanvar 2013-cü il saat 21:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda 1 nəfər qadın mənzildə hamam qapısının kilidində  yaranmış nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalmışdır.

05 yanvar 2013-cü il saat 18:00-dək, ilkin məlumata əsasən:

Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və ev əşyaları qismən yanmışdır.

05 yanvar 2013-cü il saat 15:45-dək,ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda, dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər sərxoş olması səbəbindən suya yıxılaraq batmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat...

05 yanvar 2013-cü il saat 09:00-dək:

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 1000 kv.m olan dördmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının çardağı 3 kv.m sahədə yanmışdır.

04 yanvar 2013-cü il saat 21:15-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

04 yanvar 2013-cü il saat 14:30-dək:

Quba rayonu, Qam-Qam kəndində (rayon mərkəzindən 20 km aralı), vətəndaşa məxsus hər mərtəbəsi 120 kv.m olan ikimərtəbəli altı otaqlı evin bir otağında tüstü bacasının ətrafı 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr