Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 oktyabr 2012-ci il,saat 09:00-dək

Sumqayıt şəhəri, Novxanı bağlarında vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14 oktyabr saat 00:55-dək, ilkin məlumata əsasən

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 13 oktyabr 2012-ci il tarixində saat 23:44-də Zaqatala şəhərindən 30 km qərbdə zəlzələ qeydə alınmışdır.

13 oktyabr 2012-ci il saat 21:30-dək, ilkin məlumat

Sumqayıt şəhəri, Novxanı bağlarında vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət evin yanar konstruksiyaları yanmışdır.

13 oktyabr 2012-ci il, saat 09:00-dək

Bərdə rayonu, Bala Göyüşlü kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12,5 ton ot bağlamasının 5 tonu yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 oktyabr 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. 

11 oktyabr 2012-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanmışdır.

11 oktyabr 2012-ci il, saat 09:00-dək:

Bakı şəhəri, Nərimanov rayonunda sağlamlıq mərkəzinin ümumi sahəsi 10 kv.m olan saunasının taxta konstruksiyalı üzlüyü 5 kv.m sahədə yanmışdır. Sağlamlıq mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

10 oktyabr 2012-ci il, saat 17:40-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus sağlamlıq mərkəzinin saunasının yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Saunanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

10 oktyabr 2012-ci il, saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur

09 oktyabr 2012-ci il, saat 18:05-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr