Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 dekabr 2012-ci il saat 08:30-dək:

Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobili ağaca çırpılmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış və sürücü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə  sürücünü...

27 dekabr 2012-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur...

26 dekabr 2012-ci il saat 20:30-dək:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan ikiotaqlı mənzilin mətbəxində havatəmizləyici (aspirator) yanmış, mətbəxin tavanı 1 kv.m sahədə qarsalanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

26 dekabr 2012-ci il saat 14:20-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı  evin bir otağında çarpayı, yataq dəsti və otağın döşəməsi 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğıdan mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

26 dekabr 2012-ci il saat 14:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu, Zarat kəndi ərazisində Samur-Abşeron kanalında naməlum qadın cəsədi aşkarlanmışdır. Aşkarlanmış cəsəd hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir....

26 dekabr 2012-ci il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər xəndəyə düşmüşdür.   

26 dekabr 2012-ci il saat 08:30-dək:

Sabunçu rayonunda vətəndaşa  məxsus "МОСКВИЧ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanmışdır....

26 dekabr 2012-ci il saat 01:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba avtomobil yolunun 32-ci kilometrliyində “HYUNDAİ” markalı minik avtomobili yol kənarındakı dəmirə çırpılmışdır....

26 dekabr 2012-ci il saat 00:10-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda vətəndaşa məxsua “Opel” markalı minik avtomobili yolun kənarına düşmüşdür...

25 dekabr 2012-ci il saat 22:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr