Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

03 noyabr 2012-ci il, saat 15:30-dək ilkin məlumata əsasən:

Göygöl rayonu, Mollacəlilli kəndində (rayon mərkəzindən 7 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan dördotaqlı evin 1 otağının tavanı 16 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 12:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03 noyabr 2012-ci il, saat 13:15-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, respublikanın bəzi şəhər və rayonlarında intensiv yağan yağışların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər yekunlaşmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında...

03 noyabr 2012-ci il saat 09:00-dək

Kürdəmir rayonu, Söyüdlər kəndində (rayon mərkəzindən 45 km aralı) vətəndaşa  məxsus ümumi sahəsi 100 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları və tövləyə yığılmış 12 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

03 noyabr 2012-ci il, saat 03:00-dək ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus "ЗАПОРОЖЕЦ" markalı minik avtomobilinin salonu yanmışdır.  

2 noyabr 2012-ci il, saat 17:15-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağmışdır. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunmuşdur. Yağış sularından əmələ gələn su...

2 noyabr 2012-ci il, saat 17:00-dək ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin və Aran Regional Mərkəzinin ərazisində hava şəraitinin yağışlı keçməsi və bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış...

2 noyabr 2012-ci il, saat 16:35-dək ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Söyüdlər kəndində (rayon mərkəzindən 45 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları və tövləyə yığılmış 12 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

2 noyabr 2012-ci il, saat 09:00-dək:

Şəmkir rayonu, Sabirkənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan, 2 otaq və 1 aynabənddən ibarət birmərtəbəli kürsülü evin 1 otağında tavan 4 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

2 noyabr 2012-ci il, saat 03:00-dək ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 2 uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur...

1 noyabr 2012 ci il, saat 21:30-dək ilkin məlumata əsasən:

Şamaxı rayonu, Qonaqkənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "OKA" markalı minik avtomobilinin yanar hissələri yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr