Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 dekabr 2012-ci il saat 14:40-dək:

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda 1958-ci il təvəllüdlü qadın giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır.

12 dekabr 2012-ci il saat 10:40-dək, ilkin məlumata əsasən:

Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70  kv.m olan üçotaqlı mənzildə partlayış baş vermişdir. Partlayış nəticəsində mənzilin mətbəxində 2 ədəd pəncərə çərçivəsi yerindən çıxmışdır. Yanğın hadisəsi olmamışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtilama görə, partlayışa qaz...

12 dekabr 2012-ci il saat 10:05-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının  təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

12 dekabr 2012-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Qobustan rayonunda Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin qabaq hissəsi yanmışdır. 

12 dekabr 2012-ci il saat 04:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobili işıq dirəyinə çırpılmışdır. 

11 dekabr 2012-ci il saat 17:35-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birotaqlı evdə partlayış baş vermişdir. Ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri almış və xəstəxanaya aparılmışdır. Yanğın hadisəsi olmamışdır.

11 dekabr 2012-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda “Azərenerji” ASC-yə məxsus elektrik lövhəsində 10  ədəd elektrik sayğacı yanmışdır. Digər sayğaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

11 dekabr 2012-ci il saat 12:40-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 350 m məsafədə, nəzarət olunan ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 12:12-də başa çatmışdır. 

11 dekabr 2012-ci il saat 02:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

11 dekabr 2012-ci il saat 01:00-dək:

Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 16 kv.m sahədə yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr