Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

4 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda "Vaz" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı gölə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü - 1953-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağamirzə oğlu həlak olmuşdur. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobili sudan çıxarmış, xüsusi...

3 avqust 2011-ci il, saat 15:00

Siyəzən rayonunda dağlıq ərazidə otlaq sahənin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə məlumat daxil olmuşdur. Nazirliyin 160 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 2 helikopteri dərhal hadisə yerinə...

3 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır.

2 avqust 2011-ci il, saat 17:00

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

2 avqust 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır.

1 avqust 2011-ci il, saat 09:00-dək

Ağdam rayonu,  Çəmənli kəndində (rayon mərkəzindən 20 km aralı) ümumi sahəsi 126 kv.m olan ikimərtəbəli 5 otaqlı fərdi evin 1-ci mərtəbəsinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr