Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

24 oktyabr 2011-ci il, saat 09:00-dək

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin içərisinə yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yanğın 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

24 oktyabr 2011-ci il, saat 06:15-dək

24 oktyabr 2011 ci il saat 05.30 da 2-ci təyyarə Türkiyənin Van şəhərinə yola salınmışdır. 3 saatdan sonra fəlakət bölgəsinə növbəti təyyarənin yola salınması gözlənilir.

23 oktyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və əşyaları, eləcə də, bitişik yerləşən digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzildə...

22 oktyabr 2011-ci il, saat 10:00-dək

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

21 oktyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Səbail rayonunda mənzilin giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.

20 oktyabr 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

19 oktyabr 2011-ci il, saat 09:00-dək

Kürdəmir rayonu, Qarabucaq qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları və əşyaları 75 kv.m sahədə yanmışdır. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

18 oktyabr 2011-ci il, saat 09:00-dək

Xaçmaz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 568 kv.m olan saunanın yanar konstruksiyaları 61 kv.m sahədə yanmışdır. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

17 oktyabr 2011-ci il, saat 16:15-dək

Bakı şəhəri, Yasamal rayonunda, giriş qapısının kilidinin sınması nəticəsində yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıq vasitəsilə onsəkkizmərtəbəli yaşayış binasının damından enərək 13-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş...

17 oktyabr 2011-ci il, saat 09:00-dək

Sabirabad şəhərində vətəndaşa məxsus, ümumi sahəsi, 63 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə yanmışdır. Yanğın saat 09:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr