Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 iyun 2011-ci il, saat 09:00-dək

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində nəzarət olunan ərazidə intihar məqsədi ilə özünü suya atmış şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 15:25-də başa çatmışdır;

17 iyun 2011-ci il, saat 09:00-dək

Cəlilabad rayonu, Göytəpə qəsəbəsində vətəndaşa məxsus ərazidə 1 ha biçilmiş otlaq sahəsi yanmışdır. Yaxınlıqdakı 5 ha biçilməmiş taxıl sahəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

16 iyun 2011-ci il, saat 09:00-dək

Kür çayının İmişli rayonu, Bəhramtəpə qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1936-cı il təvəllüdlü Həmzəyev Ərəstun İdan oğlunun axtarışları başa çatdırılmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Ə.Həmzəyevin cəsədi batdığı yerdən 20 km aralıda suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir....

15 iyun 2011-ci il, saat 09:00-dək

Abşeron rayonu, Fatmayı kəndində dənizin nəzarət olunmayan hissəsində çimərkən suda batma təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 10:37-də başa çatmışdır;

14 iyun 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində yataq xəstəsi olan şəxs mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə altımərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil...

13 iyun 2011-ci il, saat 09:00-dək

Lənkəran rayonu, Boladı kəndində ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları 10 kv.m sahədə yanmış, 1 nəfər isə yanıq xəsarətləri almışdır. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

12 iyun 2011-ci il, saat 09:00-dək

Ağdam rayonu, Quzanlı qəsəbəsində traktorun qoşqusunun təkərləri və həmin qoşquya yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

11 iyun 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda yanğın hadisəsinin baş verdiyi mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin xilasediciləri və yanğınsöndürənləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir.

10 iyun 2011-ci il, saat 09:00-dək

Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyası 97 kv.m sahədə və həmin tövləyə yığılmış 1,5 ton ot  tayası yanmışdır. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər 1 baş iribuynuzlu  heyvanı yanğından xilas etmişlər. Yanğın saat...

09 iyun 2011-ci il, saat 09:00-dək

8 iyun 2011-ci il tarixində respublikanın qərb rayonlarında hava şəraiti kəskin dəyişmiş, bəzi ərazilərə yağış yağmış və dolu düşmüşdür. Nəticədə, Tovuz rayonunun Ağbaşlar, Lazılar, Almalıtala, Həsənli, Güvəndik və Papaqçılar kəndlərində, Gədəbəy rayonunun Novosaratovka, Hacılar, Qaravəlilər, Göyəlli və Mormor kəndlərində, həmçinin,...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr