Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 iyun 2019-cu il saat 18:00-dək, ilkin məlumata əsasən:

Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

18 iyun 2019-cu il saat 16:30-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunun Xocavənd kəndində 9,5 ha biçilməmiş və 4 ha biçilmiş taxıl sahəsi yanıb.

18 iyun 2019-cu il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Yasamal rayonunda açıq ərazidə 1 ha sahədə quru ot və 40 ədəd ağac qismən yanıb.

18 iyun 2019-cu il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalıb.

18 iyun 2019-cu il saat 14:00-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonunun Karrar qəsəbəsində 6 ton ot bağlamasının 4 tonu və kol-kosdan ibarət çəpər 20 p.m yanıb.

18 iyun 2019-cu il saat 12:15-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonunun Kiçik Əmili kəndində ümumi sahəsi 35 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3,5 ton ot bağlamasının 1 tonu yanıb.

18 iyun 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb...

18 iyun 2019-cu il saat 08:00-dək:

Şamaxı rayonunun Sabir qəsəbəsində ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb...

18 iyun 2019-cu il saat 00:00-dək:

Oğuz rayonunun Calut kəndində ümumi sahəsi 96 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 7 ton ot bağlamasının 6 tonu yanıb...

17 iyun 2019-cu il saat 19:30-dək:

Ağsu rayonunun Elabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr