Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

02 sentyabr 2017-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

02 sentyabr 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonu, Keyvəndi kəndində 15 ha sahədə quru ot və kol-kos yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur.

01 sentyabr 2017-ci il saat 22:30-dək, ilkin məlumata əsasən:

İmişli şəhərində ümumi sahəsi 450 m2 olan birmərtəbəli 8 otaqlı evin iki otağının yanar konstruksiyaları və ev əşyaları 75 m2sahədə yanmışdır.

01 sentyabr 2017-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Quba rayonu, Nohurdüzü kəndində 16 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

01 sentyabr 2017-ci il saat 17:00-dək:

Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

01 sentyabr 2017-ci il saat 13:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılmış və iki divar arasında köməksiz vəziyyətdə qalmışdır.

01 sentyabr 2017-ci il saat 09:30-dək:

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonu çatmış və söndürmə...

01 sentyabr 2017-ci il saat 06:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın olması barədə məlumat...

01 sentyabr 2017-ci il saat 02:20-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 3 nəfər...

01 sentyabr 2017-ci il saat 00:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr