Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 avqust 2018-ci il saat 20:30-dək:

Sabirabad rayonunun Qasımbəyli kəndində ümumi sahəsi 75 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış 40 ton ot bağlamasının 10 tonu və bitişik, ümumi sahəsi 500 m² olan tövlənin qamışdan ibarət tavanı 50 m² sahədə yanmışdır.

01 avqust 2018-ci il saat 19:00-dək:

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 82 m² olan 4 otaqlı mənzilin bir otağında 3 m² sahədə döşəmə və 1 ədəd kompyuter yanmışdır.

01 avqust 2018-ci il saat 18:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

01 avqust 2018-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

31.07.2018-ci il tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış 2 nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmamışdır.

01 avqust 2018-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonunun Sərhədabad kəndində ümumi sahəsi 64 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır.

01 avqust 2018-ci il saat 12:30-dək:

31.07.2018-ci il tarixində axşam saatlarında Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidmətindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin...

01 avqust 2018-ci il saat 09:00-dək:

Siyəzən rayonunun Ərziküş kəndində 150 ha sahədə meşə zolağı və 22 ha sahədə kol-kos yanmışdır. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

01 avqust 2018-ci il saat 07:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1932-ci təvəllüdü Bağdanova Anna İvanovna yaş həddi və artıq çəkili olması səbəbindən yaşadığı binanın həyətindən mənzilinə qalxa bilməyərək köməksiz vəziyyətdə qalmışdır.

01 avqust 2018-ci il saat 06:00-dək:

Göygöl rayonunun Əlimədədli kəndində 25 ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər əkin sahələri yanğından mühafizə olunmuşdur...

01 avqust 2018-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr