Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

12 aprel 2018-ci il saat 07:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m2 olan dəmir konstruksiyadan ibarət bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanmışdır.

12 aprel 2018-ci il saat 06:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nizami rayonlarında 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

12 aprel 2018-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

11 aprel 2018-ci il saat 23:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

11 aprel 2018-ci il saat 21:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nizami rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

11 aprel 2018-ci il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

11 aprel 2018-ci il saat 20:00-dək:

Bərdə rayonunun Alpout kəndində ümumi sahəsi 191 m2 olan, qamışdan ibarət yeməkxananın yanar konstruksiyaları yanmışdır.

11 aprel 2018-ci il saat 19:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda 300 m2 sahədə qamışlıq və məişət tullantıları yanmışdır. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmişdir.

11 aprel 2018-ci il saat 15:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.

11 aprel 2018-ci il saat 14:00-dək:

Salyan rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr