Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

26 oktyabr 2017-ci il saat 02:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır...

26 oktyabr 2017-ci il saat 01:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır...

25 oktyabr 2017-ci il saat 22:15-dək:

Ağstafa rayonunun Sadıqlı kəndində birmərtəbəli üç otaqlı evin dam örtüyünün taxta atmaları 5 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

25 oktyabr 2017-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Goranboy rayonunda çəkisi 250 ton olan pambıq tayasının 200 kiloqramı yanmışdır. Tayanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

25 oktyabr 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Qaradağ rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

25 oktyabr 2017-ci il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetin 14 mərtəbəli tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olmuşdur.

25 oktyabr 2017-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının texniki mərtəbəsində 10 m2 sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 11 nəfər bina sakini təxliyə olunmuşdur...

25 oktyabr 2017-ci il saat 06:15-dək:

Yevlax rayonunda "MAZ" markalı yük avtomobilinin kabinəsi yanmışdır.

25 oktyabr 2017-ci il saat 04:15-dək:

Bakı şəhəri, Binəqədi rayonunda "GREAT WALL WINGLE “ markalı minik avtomobilinin yanar hissələri yanmışdır.

24 oktyabr 2017-ci il saat 23:45-dək:

İmişli rayonunda pambıq qurutma aparatının içərisində 70 kq pambıq yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr