Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

05 avqust 2018-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

05 avqust 2018-ci il saat 00:20-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

05 avqust 2018-ci il saat 00:15-dək:

Saatlı rayonunun Məmmədabad kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

04 avqust 2018-ci il saat 23:30-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 640 m² olan tikilinin (çay evi kimi fəaliyyət göstərir) ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanmışdır.

04 avqust 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olmuşdur.

04 avqust 2018-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Türkan, Zuğulba-3, Mərdəkan və Neftçala sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 9 nəfər xilas olunmuşdur.

04 avqust 2018-ci il saat 20:30-dək:

Zərdab rayonunda ümumi sahəsi 112 m² olan tövlənin taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır.

04 avqust 2018-ci il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur...

04 avqust 2018-ci il saat 14:00-dək:

Şamaxı rayonunda ikimərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) ikinci mərtəbəsində 3 otağın döşəməsinin yanar konstruksiyaları 45 m² sahədə yanmışdır.

04 avqust 2018-ci il saat 13:45-dək:

Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilidə 10 m² sahədə taxta materialları yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr