Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 avqust 2015-ci il

31 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tərtər şəhərində Tərtər, Bərdə və Ağdam rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

28 avqust 2015-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 avqust 2015-ci il tarixində saat 11:00-dan Tərtər şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

25 avqust 2015-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 25 avqust 2015-ci il tarixində Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul etmişdir.

13 avqust 2015-ci il

Rusiya Federasiyasının (RF) Moskva vilayətinin Noqinsk şəhərindəki Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Xilasetmə mərkəzində  31 iyul-10 avqust 2015-ci il tarixlərində gənclərin ekstremal və fövqəladə hallara hazırlanması (USAR-2015) üzrə gənc xilasedicilərin Beynəlxalq düşərgəsi keçirilmişdir.

06 avqust 2015-ci il

Son günlər bəzi kütləvi informasiya vasitələrində 1995-ci il təvəllüdlü Paşayev Vüqar Rövşən  oğlunun  yanlış olaraq Ceyranbatan su anbarında batması və bununla bağlı müxtəlif qeyri-dəqiq fikirlər səslənməkdədir.

06 avqust 2015-ci il

Yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır.  Bu hallardan özünüzü qorumaq üçün bir sıra qaydaları bilməyiniz vacibdir.

06 avqust 2015-ci il

5 avqust 2015-ci il tarixində  Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə...

04 avqust 2015-ci il

Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr