Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

25 iyun 2011-ci il

Fransa Respublikasının Nəqliyyat üzrə Dövlət katibi Tierri Marianinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 22-24 iyun 2011-ci il tarixlərində Fransa Respublikasında işgüzar səfərdə olmuşdur.

24 iyun 2011-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi yay çimərlik mövsümü ilə əlaqədar Bakı şəhərində silsilə maarifəndirmə tədbirlərinin keçirilməsinə başlamışdır.

09 iyun 2011-ci il

23 may - 3 iyun 2011-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının xilasediciləri Qazaxıstan Respublikasının Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak etmişdir.

04 iyun 2011-ci il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə 2-4 iyun 2011-ci il tarixlərində ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri cənab Park Yeon-Sonun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov...

01 iyun 2011-ci il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən  "Fövqəladə hallar uşaqların gözü ilə" I ümumrespublika yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur. İyunun 1-də Muzey Mərkəzində gerçəkləşdirilən mərasimdə çıxış edənlər  müsabiqəni yüksək qiymətləndirmiş  və bu cür layihələrlə istedadlı uşaqların üzə çıxarıldığını  qeyd etmişlər.

01 iyun 2011-ci il

İyunun 1-də Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin "Nardaran 1" xilasetmə məntəqəsində 2011-ci ilin  yay çimərlik mövsümünün açılışına həsr olunan mərasim keçirilib. Mərasimdə çıxış edən  FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənov ...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr