Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

25 oktyabr 2010-cu il

Cari ilin 17-22 oktyabr tarixlərində İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının iş fəaliyyəti ilə tanış olmaq və qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin öyrənilməsi məqsədi ilə Bakı şəhərində səfərdə olmuşdur.

20 oktyabr 2010-cu il

Carı ilin oktyabr ayının 20-də Bakı şəhərində "BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyası (UNISDR) Katibliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birgə Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma ilə bağlı seminar keçirmişdir.

16 oktyabr 2010-cu il

Rusiya Prezidenti cənab Dmitri Medvedev bu ilin yayında Rusiyaya meşə yanğınlarının söndürülməsi üçün köməyə gələn 15 ölkənin fövqəladə hallar xidmətlərinin və xilasedici bölmələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını da mükafatlandırıb.

06 oktyabr 2010-cu il

5-6 oktyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdə olmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr