Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

23 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 23 iyul 2019-cu il tarixində Qəbələ rayon Nohurqışlaq kənd İnzibati Ərazi Nümayəndəliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində aidiyyəti yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda görüş...

23 iyul 2019-cu il

23 iyul 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Novxanı” xilasetmə məntəqəsinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

23 iyul 2019-cu il

23 iyul 2019-cu il tarixində FHN-in Qarabağ Regional Mərkəzinin təşkilatçılığı, FHN-nin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Ağcabədi rayonu Kəbirli kənd Tibb məntəqəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. 

23 iyul 2019-cu il

18-19 iyun 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin iştirakı ilə Nazirliyin Müşfiqabad qəsəbəsində yerləşən Təlim–tədris bazasında taktiki-xüsusi təlim keçirilib.

22 iyul 2019-cu il

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib.

22 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsində nümünəvi mülki müdafiə məşqi keçirib.

19 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

19 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Astara Magistral Qaz Kəmərləri sahəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması...

19 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 19 iyul 2019-cu il tarixində Dənizkənarı Bulvar İdarəsi “Dənizkənarı Milli Park” MMC-nin rəhbərliyinin müraciəti əsasında burada maarifləndirmə tədbiri keçirib.

18 iyul 2019-cu il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Yasamal rayonundakı Uşaq Nevroloji Xəstəxanasında və Sumqayıt Regional Mərkəzi Xızı rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.  

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr