Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 31 oktyabr 2013-cü il tarixində Səbail rayonu 239 saylı orta məktəbdə tədbir keçirmişdir.

30 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi ilə Qubadlı rayon Təhsil şöbəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən 30 oktyabr 2013-cü il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində Qubadlı rayonu Ş.Kərimov adına Çərəli kənd tam orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda...

30 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları 30 oktyabr 2013-cü il tarixində Neftçala rayonu, Bankə qəsəbəsi 2 salı orta məktəbdə “Yanğın təhlükəsizliyi və fövqəladə hallarda nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər. Tədbirdə müəllim və şagirdlərə yanğınlar və onların başvermə səbəbləri...

30 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi cari payız-qış mövsümü ilə əlaqədar “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.

30 oktyabr 2013-cü il

30 oktyabr 2013-cü il tarixində qış mövsümünün başlanması ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayon Qaz İstismar Sahəsinin əməkdaşları ilə birgə Ağdam Musiqi Kollecində “Qaz təsərrüfatında partlayışlar. Onların qarşısının alınması yolları” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər.

29 oktyabr 2013-cü il

"Hər bir uşağın qayğısına qalaq!" devizi altında keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində Fövqəladə Hallar Nazirliyinin  Bakı Regional Mərkəzi 29 oktyabr 2013-cü il tarixində Bakı şəhəri, Nizami rayonundakı 201 nömrəli məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

29 oktyabr 2013-cü il

29 oktyabr 2013-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması və cavabvermə - təmizləyici texnologiyalar” mövzusunda seminar keçirilmişdir.

28 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin İctimaiyyətlə əlaqələr sektoru “İctimaiyyətin maarifləndirilməsi və müvafiq qarşılıqlı əlaqələrin yaradılması” üzrə iş planına uyğun olaraq 28 oktyabr 2013-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 34 saylı orta məktəbdə tədbir keçirmişdir.

26 oktyabr 2013-cü il

Oktyabrın 24-25-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin iştirakı ilə “Azərikimya” İB-nin Sumqayıt şəhərindəki Üzvi-Sintez zavodunun ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili və keçirilməsi” mövzusunda taktiki təlimi keçirilib.

25 oktyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 25 oktyabr 2013-cü il tarixində Zərdab şəhər 3 saylı orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr