Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 sentyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 18 sentyabr 2013-cü il tarixində Oğuz şəhər İnzibati ərazi nümayəndəliyində “Sülh aylığı” çərçivəsində “Dislokasiya ərazisində yerləşən rayonların inzibati ərazi nümayəndələri və bələdiyyələrlə fövqəladə halların qarşısının alınması ilə əlaqədar profilaktik tədbirlərin təşkili” mövzusunda maarifləndirmə tədbiri...

18 sentyabr 2013-cü il

18 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər üzrə nümayəndəliyində “Yanğın təhlükəsizliyi qaydaları, mülki müdafiə işinin və əhalinin təxliyyəsinin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

17 sentyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzində 17 sentyabr 2013-cü il tarixində “Fövqəladə halların baş verməsi ehtimalı olduqda və ya baş verdikdə Aran Regional Mərkəzi üzrə bütün səviyyələrdən olan idarəetmə orqanlarının qarşılıqlı faliyyətinin gücləndirilməsi və bu istiqamətdə hərəkətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir.

16 sentyabr 2013-cü il

Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib. Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil və gül dəstələri qoyub.

14 sentyabr 2013-cü il

12 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "Mərkəzin inzibati binasının yanğın əleyhinə vəziyyətinin yoxlanılması və yanğın həyəcanı" mövzusunda məşq keçirilmişdir.

13 sentyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən 13 sentyabr 2013-cü il tarixində Goranboy Rayonlararası Yerquruluşu İdarəsinin işçiləri ilə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

12 sentyabr 2013-cü il

Nazirliyin Bakı, Sumaqayıt, Qarabağ, Muğan, Cənub, Şimal və Aran Regional mərkəzləri tərəfindən “21 sentyabr- Beynəlxalq Sülh Günü” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir.

11 sentyabr 2013-cü il

10-11 sentyabr 2013-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti (Xidmət) tərəfindən şərti fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi məqsədi ilə qərargah məşqi keçirilmişdir.

10 sentyabr 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba rayon 3 saylı Ərazi Vergilər İdarəsinin akt zalında 10 sentyabr 2013-cü il tarixində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr