Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 aprel 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2017-ci il aprelin 17-də “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi  ilə  "Yanğınsöndürmə və xilasetmə işlərinin təşkili" mövzusunda xüsusi taktiki təlim keçirmişdir.

17 aprel 2017-ci il

17 aprel 2017-ci il tarixində Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin hərbi attaşeləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olmuşlar.

17 aprel 2017-ci il

15 aprel 2017-ci il tarixində Bakı İdman Sarayında sərbəst güləş üzrə Azərbaycan Güləş Federaiyasının Beynəlxalq Turniri keçirilmişdir. Turnirdə 11 komanda, 100-ə yaxın idmançı 8 çəki dərəcəsində güclərini sınamışdır.

17 aprel 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar 14-15 aprel 2017-ci il tarixində Bakı Olimpiya Stadionunda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirmişdir. Stadionun təhlükəsizlik üzrə meneceri Fuad Mansurovun, Oyunların təşkilat komitəsinin üzvü Rövşən Mehdiyevin...

14 aprel 2017-ci il

14 aprel 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsi, Beynəlxalq əlaqələr idarəsi, Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə, İctimaiyyətlə əlaqə idarəsi, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə...

14 aprel 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 14 aprel 2017-ci il tarixində Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

14 aprel 2017-ci il

Fövqəladə Hallar  Nazirliyinin  Bakı Regional Mərkəzi aprel ayının 14-də FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Xəzər Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

14 aprel 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 aprel  2017-ci il tarixində Ucar şəhəri, 6 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

14 aprel 2017-ci il

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi 1 aprel 2017-ci il tarixindən 10 aprel 2017-ci ilədək Xəzər dənizinin Lənkəran, Astara rayonları istiqamətində fəaliyyət göstərən 460 su nəqliyyat vasitəsinə texniki baxış keçirmişdir. İstifadəyə yararlı kiçik həcmli gəmilərin müvafiq sənədləri yerli bələdiyyə və...

13 aprel 2017-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə 13 aprel 2017-ci il tarixində Ağdaş şəhərində “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr