Məlumatlar

FHN beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə qərargah məşqi keçirib

Geri

11-12 fevral 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti ilə Beynəlxalq axtarış-xilasetmə dəstəsinin təbii fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq yardımın göstərilməsində iştirakı zamanı fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqikeçirilib.

Qərargah məşqi zamanı qarşıya qoyulan əsas məqsədlər Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının daha da artırılmasından  ibarət olub.

Məşq zamanı əsas səylər Nazirliyin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarə heyətinin bu sahədə vərdişlərin inkişaf etdirilməsinə yönəldilib.

Qərargah məşqi şərti olaraq zərərçəkmiş ölkə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Humanitar Əməliyyatların Koordinasiyası Ofisinin Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzindən (UN OCHA VİRTUAL OSOCC) istifadə qaydaları, Fövqəladə Halların İdarəedilməsi üzrə Yerli Orqanın (LEMA), Qarşılama və yolasalma məntəqəsinin (RDC), Yerli  Əməliyyatların  Koordinasiya  Mərkəzinin (OSOCC), şəhər axtarış-xilasetmə üzrə əməliyyatların koordinasiyası mərkəzinin (UCC), dəstənin idarəetmə qrupunun fəaliyyətinin təşkili və iş prinsipləri, media ilə əlaqələr kimi məsələləri əhatə edib.

İki gün davam edən tədbirin sonunda təşkil edilmiş toplantıda görülmüş işlər müzakirə olunub, məşqin iştirakçıları öz fikirlərini bildirib, dəstənin iş fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri məsələlər üzrə fikir mübadiləsi aparılıb.