Məlumatlar

FHN beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə qərargah məşqi keçirmişdir

Geri

17-18 yanvar 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliynin Mülki müdafiə  qoşunlarında “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin zəlzələ nəticəsində zərərçəkmiş ölkədə axtarış-xilasetmə tədbirlərində iştirakı” mövzusunda qərargah məşqi keçirilmişdir. Məşq Fövqəladə Hallar Nazirliynin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarəetmə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqların artırılması məqsədilə keçirilmişdir.

Qərərgah məşqi proqrama uyğun olaraq Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzinin rolu, Fövqəladə Halların İdarəedilməsi üzrə Yerli Orqanın, qarşılama və yolasalma məntəqəsinin, şəhər axtarış-xilasetmə üzrə əlaqələndirmə mərkəzinin, sahədə əməliyyatların əlaqələndirilməsi mərkəzinin və  əməliyyatların virtual məlumat bazasının (Virtual OSOCC) funksiyaları və iş prinsipləri, media ilə əlaqələr kimi məsələləri əhatə etmişdir.

Məşqin keçirilməsi Nazirliyin beynəlxalq axtarış-xilasetmə komandasının və aidiyyatı qurumlarının bu sahədə təlim ehtiyaclarının təmin olunması, bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətli olmuşdur.

Tədbirin sonunda təşkil edilmiş toplantıda iki gün ərzində aparılmış işlər müzakirə olunmuşdur. Toplantıda məşqin iştirakçıları dinlənilmiş, Dəstənin iş fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri məsələlər müzakirə olunmuşdur.