Məlumatlar

FHN Beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə təlim kursu keçirmişdir

Geri

10-11 dekabr 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliynin Akademiyasında Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində fövqəladə hallarda beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə təlim kursu keçirilmişdir.

Sözügedən tədbirin 2-6 iyul 2018-ci il tarixlərində Danimarka Krallığının Fövqəladə Halların İdarəedilməsi Agentliyinin Snekkerstendə yerləşən kollecində təlimçilərin təlimi formatında keçirilmiş Beynəlxalq xilasetmə əməliyyatlarının əlaqələndirilməsi üzrə Regional təlim kursunun davamı kimi bütün tərəfdaş ölkələrdə keçirilməsi planlaşdırılmışdır.

Proqrama uyğun olaraq təlim kursu Aİ-nin Mülki Müdafiə Mexanizmi, onun fəaliyyəti və fəlakətlərin idarə edilməsində Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzinin rolu, Fövqəladə Halların İdarəedilməsi üzrə Yerli Orqanın, qarşılama və yola salma məntəqəsinin, şəhər axtarış-xilasetmə üzrə əlaqələndirmə mərkəzinin, sahədə əməliyyatların əlaqələndirilməsi mərkəzinin və  əməliyyatların virtual məlumat bazasının (Virtual OSOCC) funksiyaları və iş prinsipləri, media ilə əlaqələr kimi məsələləri əhatə etmiş və  təlim hazırlanmış ssenariyə uyğun olaraq masaüstü taktiki əlaqələndirmə təlimi ilə davam etdirilmişdir.  

Təlimin keçirilməsi Nazirliyin beynəlxalq axtarış-xilasetmə komandasının və aidiyyatı qurumlarının bu sahədə təlim ehtiyaclarının təmin olunması, bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətli olmuşdur.