Məlumatlar

Beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarə heyətinə namizədliyi təklif edilmiş əməkdaşlar üçün kurslar təşkil olunur

Geri

30 oktyabr 2018-ci il tarixində Beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarə heyətinə namizədliyi təklif olunmuş əməkdaşlar üçün 3 sahə üzrə onlayn kursun təqdimatı keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının sahə əməliyyatları üzrə Ümumi və Qabaqcıl təhlükəsizlik tədbirləri kursları və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Dünya Narahatlıqları Qlobal İctimai Birliyi, Beynəlxalq Tibb Korpusu (İMC), Harvard Humanitar Təşəbbüsünün dəstəyi ilə birgə yaradılmış “Fövqəladə hallara daha yaxşı cavabvermənin təşkili üzrə kursların keçirliməsinin məqsədi Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə töhvə verməkdir. Təqdimat zamanı iştirakçıların nəzərinə çatdırılmışdır ki, bu kursların təşkili, eyni zamanda BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu (İNSARAG) təsnifatından keçmək üçün  hazırlıq sahəsində reallaşan mühüm addımlardandır.

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Mülki müdafiə qoşunlarının, Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda kursların məzmunu, məqsədləri və vacibliyi iştirakçıların diqqətinə çatdırılmış, müvafiq tövsiyələr verilmişdir.