Məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi beynəlxalq təlimdə iştirak edir

Geri

Serbiya Respublikasının Mladenovac şəhərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi Serbiya Daxili İşlər Nazirliyi ilə birgə 7 oktyabr  2018-ci il tarixində fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təliminə başlamışdır. 11 oktyabr 2018-ci il tarixədək davam edəcək təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi də iştirak edir.

Təlimin keçirilməsində əsas məqsəd NATO-ya üzv və tərəfdaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, təlimlər sahəsində ölkələrin milli qabiliyyətlərinin inkişafına töhfə verməkdir.

Təlim xilasetmə və axtarış əməliyyatları, fəlakətlərin mülki əhaliyə və mühüm infrastruktura təsiri, o cümlədən daşqınlara cavab və kimyəvi insidentlər üzrə ssenari əsasında keçiriləcəkdir.