Məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir

Geri

15 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir. Təlim “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda keçirilmişdir. Təlim zamanı qarşıya qoyulan əsas məqsəd Beynəlxalq axtarış-xilasetmə dəstəsinin xilasetmə qruplarının şəxsi heyətinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təlimatlarının tələblərinə uyğun fəaliyyət sahəsində bilik və bacarıqlarının daha da artırılmasından ibarət olmuşdur. 

Təlim iki mərhələdə keçirilmişdir. Birinci mərhələdə Beynəlxalq axtarış-xilasetmə qruplarının hazırlıq dərəcəsinə gətirilməsi və hadisə rayonuna yürüşün təşkili, ikinci mərhələdə isə şərti fövqəladə hal rayonunda axtarış-xilasetmə işlərinin aparılması üzrə tədbirlər həyata keçirilmişdir.

Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.