Tarixdə baş vermiş qəza və fəlakətlər

Londonda böyük yanğın. 2-5 sentyabr 1666-cı il.

Geri

1666-cı ilin sentyabr ayının 2-də London şəhərində başlanmış yanğın 4 gün davam etdi. Yanğın Vestminster aristokrat rayonunu (indiki Vest End), Uaythol sarayı da daxil olmaqla şəhərin xeyli hissəsini cənginə aldı. Yanğın nəticəsində 13200 ev, 87 kilsə (o cümlədən müqəddəs Pavel kilsəsi) və hökumət binalarının böyük hissəsi yandı. Hesablamalara görə, əhalisi 80 min olan Londonda 70 min adam evsiz qaldı. Yanğın nəticəsində həlak olanların dəqiq sayı hələ də məlum deyil. Yalnız 6 təsdiq olunmuş ölüm faktı qeyd olunur. Amma əhalinin kasıb və orta təminatlı təbəqələrində ölüm hadisələrinin qeydiyyatı aparılmadığından, ehtimal ki, həlak olanların sayı xeyli çox idi.

Yanğın nəticəsində şəhərin ictimai-iqtisadi həyatına böyük zərər dəydi. Kral II Karl yanğından zərər çəkmiş sakinlərə Londondan köçməyi və başqa ərazilərdə məskunlaşmağı təklif etdi. O, Londonda öz mülkünü itirmiş adamlar arasında qiyamın başlanmasından qorxurdu. Müxtəlif radikal təkliflərə baxmayaraq, London yanğından əvvəlki plana uyğun olaraq eyni şəkildə yenidən quruldu.

Bütün bunlarla yanaşı, yanğın London əhalisinin əziyyət çəkdiyi taun xəstəliyindən xilas olmasına kömək etdi.